BAKI, 21 may. TELEQRAF
Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) ölkəsini Ermənistana qarşı qaldırmağa çalışmaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya müsahibəsində bildirib.
Baş nazir iki ölkə arasında müqayisə aparmağın yersiz olduğununu deyib.
“Yerli agentlər və onların xarici sponsorları bizi Ermənistanla müqayisə etmək də daxil olmaqla, bir şəkildə müqayisə aparmağa çalışırlar, amma boşuna. Yüksək vəzifəli bir Avropa rəsmisi bildirib ki, Ermənistan Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən qısa yoldur. Məlum olur ki, Avropanın durğunluğu və digər problemləri ilə yanaşı, Avropa bürokratları da coğrafiya dərslərində yaxşı deyillər”, - İrakli Kobaxidze vurğulayıb.
Gürcüstan Baş naziri əlavə edib ki, Aİ bürokratiyası Gürcüstanı Ermənistana qarşı qoya bilməyəcək.