EN

Bu gün Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 5-ci günü davam edir

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bu gün 5-ci günü ilə işini davam etdirir. Forum çərçivəsində gün ərzində müxtəlif panel sessiyalar, müzakirələr və tematik tədbirlər təşkil olunacaq.
SİA xəbər verir ki, tədbirlərdə şəhərsalma, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, nəqliyyat infrastrukturu və “ağıllı şəhər” həlləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri forumda iştirak edirlər.

Forum çərçivəsində gənclərin iştirakı, innovativ yanaşmalar və müasir urbanizasiya prosesləri də əsas müzakirə mövzularından biri olacaq. Eyni zamanda iştirakçılar üçün sərgilər, təqdimatlar və xüsusi görüşlər təşkil edilir. Bakı şəhərinin ev sahibliyi etdiyi tədbir beynəlxalq əməkdaşlığın genişlənməsi və şəhərlərin gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi baxımından mühüm platforma hesab olunur.

Müəllif: Günay Hacıyeva
Chosen
31
sia.az

1Sources