EN

Paula Qaviriya: Məcburi köçkünlər qərarvermə prosesində aparıcı rol oynamalıdır

BAKI, 21 may. TELEQRAF

Məcburi köçkünlərin hüquqlarının qorunması və onların yenidənqurma prosesində iştirakının təmin edilməsi dayanıqlı bərpa üçün əsas şərtlərdən biridir.

Teleqraf xəbər verir ki, bunu BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviriya Bakıda WUF13 çərçivəsində keçirilən “Mənzil böhrandan sonrakı bərpa və yenidənqurmanın əsası kimi” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Qəzza və Suriya nümunəsində yenidənqurma yalnız şəhərlərin deyil, həm də hüquqların, etimadın və sosial birliyin bərpasını əhatə edir:

“Yenidənqurma prosesində mənzil, torpaq və mülkiyyət hüquqları, eləcə də insanların xidmətlərə çıxışı diqqət mərkəzində saxlanılmalıdır”.

Onun sözlərinə görə, məcburi köçkünlər qərarvermə prosesində aparıcı rol oynamalı və onların iştirakı bərpa layihələrinin davamlılığını təmin etməlidir.

BMT rəsmisi əlavə edib ki, yenidənqurma əvvəlki bərabərsizlikləri təkrarlamamalı, əksinə, daha inklüziv və dayanıqlı cəmiyyətlərin formalaşmasına xidmət etməlidir.

Chosen
27
teleqraf.com

1Sources