EN

I Liqa: Autsayderlərin "ölüm-qalım savaşı": "Difai", yoxsa "Şimal"?

Azərbaycan I Liqasında sonuncu - 27-ci tur başlayır.

Fanat.Az xəbər verir ki, iki günə sığacaq turun açılış günündə 2 oyun keçiriləcək.

MOİK Binədə "Difai"ni, "Cəbrayıl" isə Şamaxıda "Şimal"ı sınağa çəkəcək. 

Eyni vaxtda başlayacaq görüşlər qonaq komandalar üçün prinsipialdır. Həm "Difai", həm də "Şimal" çempionatın sonuncusu olmamaq və beləliklə, liqada qalmaq uğrunda mübarizə aparır. 

Azərbaycan I Liqası
27-ci tur
21 may 

MOİK – “Difai”
Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 17:00.

“Cəbrayıl” – “Şimal” 
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı. Olimpiya İdman Kompleksinin  stadionu, 17:00.

Chosen
9
fanat.az

1Sources