EN

Misir Dünya Bankının subsidiyası ilə 800 mindən çox ailəni mənzillə təmin edib

Dünya Bankının subsidiyası ilə 800 mindən çox ailəni mənzillə təmin etmişik.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Misirin Sosial Mənzil və İpoteka Maliyyəsi Fondunun baş icraçı direktoru May Hamid deyib.

O bildirib ki, Misirdə aşağı gəlirli əhali üçün mənzil sisteminin yaradılması zamanı əsas problemlərdən biri bazarın parçalanmış olması və çoxsaylı qurumların prosesə cəlb edilməsi olub.

May Hamid qeyd edib ki, ilkin mərhələdə Dünya Bankından subsidiyalar üçün ayrılmış 200 milyon dollar vəsait olsa da, həmin subsidiyaların tətbiq ediləcəyi uyğun mənzillər mövcud olmayıb: “Pul var idi, amma subsidiyalaşdırılacaq ev tapa bilmirdik”.

Onun sözlərinə görə, 2014-cü ildə hökumət bütün mexanizmləri birləşdirən xüsusi fond yaradıb və bu fond mənzillərin tikintisi, ipoteka maliyyələşməsi və subsidiyaların verilməsini koordinasiya edib.

May Hamid bildirib ki, son 10-12 ildə Misirdə 800 mindən çox ailə mənzillə təmin olunub.

O əlavə edib ki, Dünya Bankından alınan 1,2 milyard dollarlıq subsidiyalar sonradan özəl banklardan daha böyük həcmdə maliyyə cəlb etməyə imkan verib.

Misirli rəsmi vurğulayıb ki, ölkədə əvvəllər demək olar mövcud olmayan ipoteka bazarı hazırda aşağı gəlirli ailələr üçün 2,5 milyard dollardan çox həcmdə maliyyələşmə səviyyəsinə çatıb.

Onun sözlərinə görə, əvvəlcə proqramda yalnız 3 dövlət bankı iştirak edirdi, hazırda isə 32-dən çox maliyyə qurumu, o cümlədən xarici və regional banklar bu sistemə qoşulub.

Chosen
3
50
apa.az

10Sources