EN

“Qaragöl” batalyonunun komandiri vəfat etdi - FOTO

Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı “Qaragöl” batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Özü isə Ağdam istiqamətində ağır yaralanıb.

Ə.Hüsiyev sonrakı illərdə Daxili Qoşunların Baş idarəsi və hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb.

Allah rəhmət eləsin!

"Cebheinfo.az"

Chosen
29
14
cebheinfo.az

10Sources