EN

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək. Metbuat.az xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la "Neftçi" İK üz-üzə gələcək.Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.Azərbaycan KubokuFinal21 may16:00. "Araz-Naxçıvan" – "Neftçi İK"Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.Ehtiyat hakim: İmran Məhərrəmov.Hakim-inspektor: Əfqan Həmzəyev.Bakı İdman Sarayıİndiyədək "Neftçi" İK 7, "Araz-Naxçıvan" isə 6 dəfə ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Chosen
23
4
metbuat.az

9Sources