EN

Nazir: Uruqvay orta gəlirli ailələr üçün mənzil proqramını genişləndirir

Uruqvay orta gəlirli ailələr üçün mənzil proqramını genişləndirir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Uruqvayın mənzil və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin deyib.

Nazir bildirib ki, Uruqvayda mənzil proqramları dövlət büdcəsi, beynəlxalq maliyyə institutları və özəl investisiyalar əsasında formalaşdırılır.

Onun sözlərinə görə, hökumət özəl investisiyaları cəlb etmək üçün eyni proqram daxilində üç əsas mexanizmi birləşdirib: vergi təşviqləri, mənzil qiymətlərinə limit qoyulması və ailələr üçün subsidiyalar.

Tamara Paseyro Marin qeyd edib ki, bu model xüsusilə orta və aşağı orta gəlirli ailələr üçün nəzərdə tutulub: “Bu ailələrin aylıq ödəniş etmək imkanı var, amma ilkin yığım imkanları yoxdur”.

Nazir vurğulayıb ki, mənzil siyasətində əsas məsələ yalnız insanların mənzil əldə etməsi deyil, həm də həmin mənzildə uzunmüddətli qalmasının təmin olunmasıdır.

Chosen
50
apa.az

1Sources