Rusiyanın Samara vilayətinin Sızran şəhərindəki neft emalı zavoduna PUA hücumu edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində zavodda yanğınlar baş verib.
Qeyd edək ki, Sızran neft emalı zavodu dəfələrlə Ukraynanın hücumlarına məruz qalıb. Sonuncu dəfə ötən ilin dekabrında baş verən hücumdan sonra zavod fəaliyyətini dayandırmışdı.
Zavodun illik neft emalı 7-9 milyon tondur.