EN

Barmağı sınıq vəziyyətdə oynadı, Avropa Liqasının qalibi oldu

BAKI, 21 may. TELEQRAF

“Aston Villa”nın qapıçısı Emiliano Martines Avropa Liqasının finalında barmağı sınıq vəziyyətdə oynayıb.

Teleqraf “Daily Telegraph”a istinadən xəbər verir ki, argentinalı qolkiper isinmə hərəkətləri zamanı zədələndiyini açıqlayıb.

Martinesin komandası finalda “Frayburq”u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Argentinalı qapıçı qarşılaşmada iki vacib seyv və 26 dəqiq ötürmə ilə yadda qalıb. Bununla da o, 2020-ci ildə Birmingem təmsilçisinə qoşulduqdan sonra ilk kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, “Arsenal”ın sabiq qapıçısı karyerası ərzində oynadığı bütün finallarda qalib gəlib. O, dünya çempionatı, iki Amerika Kuboku, FA Kuboku və Avropa Liqasının finalında zəfər sevinci yaşayıb. Martines Argentina millisinin 2026-cı il dünya çempionatı üçün geniş heyətinə daxil edilib.

Chosen
26
teleqraf.com

1Sources