Tanınmış filmindəki məşhur balta satışa ÇIXARILDI
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, öhbət kino tarixinin ən məşhur səhnələrindən birində istifadə olunan baltadan gedir. Məhz bu rekvizitlə Cek Torrens obrazını canlandıran Nikolson qapını sındıraraq məşhur “Budur, Conni!” ifadəsini səsləndirir. Stenli Kubrikin ekranlaşdırdığı “The Shinig” uzun illərdir dünya kinosunun ən məşhur qorxu filmlərindən biri sayılır. Baltalı səhnə isə kino tarixinin ən tanınan epizodlarından biri kimi qəbul edilir. Qlazqodakı McTear's hərrac evinin məlumatına görə, üzərində hələ də süni “qan” izləri qalan rekvizitin qiyməti 100 min funt sterlinqə çata bilər. 