EN

Neftimizin qiyməti ucuzlaşıb

Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiymətində azalma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, neft bazarındakı mənbənin "Report"a verdiyi məlumata görə, Azərbaycan neftinin bir barelinin qiyməti 4,98 ABŞ dolları və ya 4,25 faiz azalaraq 112,32 ABŞ dollarına düşüb.

Hərracların yekununa əsasən, "Brent" markalı neftin iyul fyuçersləri 109,83 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazası üzrə "Azeri Light" markalı neftin bir bareli isə 4,93 dollar və ya 4,29 faiz ucuzlaşaraq 109,97 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Bu neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir. Layihədə SOCAR 31,65 faiz paya malikdir.

Chosen
47
49
far.az

10Sources