EN

“Təkcə ev tikmək yox, yaşanıla bilən mühit yaratmaq vacibdir” - Anaklaudia Rossbax

“Uruqvayda öyrəndiyimiz əsas dərs odur ki, ev tikməklə mühit yaradırıq. Bu, eyni şey deyil. Bunlar fərqli məsələlərdir. İcmalarla işlədikdə və insanlar üçün fürsətlər yaratmağa çalışdıqda yanaşma fərqli olur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Mənzil maliyyəsi üçün yeni sövdələşmə” adlı sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax səsləndirdi. 

“İlk olaraq torpaq məsələsini qaldırmalıyıq. Biz çalışırıq ki, mənzil məsələsini həll edək. Torpaq məsələsində bu özünü necə göstərir? Əgər məsələni həll etməsək, ayrı-seçkilik olacaq. Torpaq və planlaşdırma, maliyyə və institusional potensial, dövlət siyasəti — bunlar uyğunlaşarsa, əlçatan mənzil təminatı yarada bilərik.

Ev siyasəti bizim üçün məqsəd deyil. Bu, digər ehtiyaclarla bağlıdır. Bu, sosial və bərabərliyin təmin olunması üçün bir alətdir. İcmaları cəlb etməyə necə nail ola bilərik? Konkret modellər var. Biz komissiyalar yaradırıq, texniki komandaları cəlb edirik. Onlar icmalar və ayrı-ayrı məhəllələrlə işləyirlər. Bəzi texniki məsələlər müəyyən olunmalıdır. Torpaqların ayrılması və icmaların cəlb edilməsi önəmli məqamlardır”.

Aytəkin TOFİQQIZI

Chosen
35
redaktor.az

1Sources