EN

Çin lideri gələn həftə Şimali Koreyaya səfər edəcək

Pekin Pxenyanla münasibətlərdə vasitəçi rolunu oynamağa hazırlaşır...

Çin Xalq Respublikasının sədri Si Tszinpin yaxın həftələrdə Koreya Xalq Demokratik Respublikasına rəsmi səfər edə bilər.

Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Renhap" Agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Biz Si Tszinpinin yaxın zamanda Şimali Koreyaya səfər edəcəyinə dair kəşfiyyat məlumatları aldıq", deyə Cənubi Koreyanın yüksək vəzifəli hökumət mənsublarından biri agentliyə açıqlamasında bildirib.

Digər mənbə isə Çin liderinin KXDR-ə səfərinin may ayının sonunda və ya iyunun əvvəlində baş verə biləcəyini qeyd edib.

Məlumata görə, Si Tszinpin bu dövlət səfəri çərçivəsində Şimali Koreya ilə ABŞ arasında, həmçinin iki Koreya arasında münasibətlərdə vasitəçi rolunu oynamağa cəhd edə bilər. Bu addım regionda diplomatik gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunur ki, Cənubi Koreyanın prezidenti Li Çe Menin yanvar ayında Çinə dövlət səfəri zamanı Si Tszinpindən iki Koreya arasında münasibətlərə vasitəçilik etməsini xahiş etdiyi, Çin liderinin isə bu müraciətə müsbət münasibət bəslədiyi bildirilir.

Belə bir səfər həyata keçsə, bu, Çin-Şimali Koreya münasibətlərinin bərpası yolunda ciddi irəliləyiş kimi dəyərləndirilərək Koreya yarımadasında sülh prosesini yeni mərhələyə çıxara bilər.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources