Azərbaycan millisinin və "Kolambus Kryu" komandasının hücumçusu Nəriman Axundzadə ABŞ-də növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, gənc hücumçu ABŞ Açıq Kubokunun 1/4 final mərhələsində "Nyu-York Siti" ilə qarşılaşmanın iştirakçısı olub.
22 yaşlı forvard doğma meydanda baş tutan və 1:0 qalib gəldikləri oyuna start heyətində başlayaraq, 64 dəqiqə meydanda olub.
Millimizin üzvü görüşün taleyini həll edən yeganə qolda pay sahibi olub. Onun 59-cu dəqiqəyə təsadüf edən məhsuldar ötürməsini Maks Arfsten qola çevirib.
“Kolambus Kryu” 1/2 finalda "Orlando Siti" ilə qarşılaşacaq. Yarımfinal oyunları bu ilin sentyabrında baş tutacaq.
Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Mirağa