EN

Plastik tullantılarla çirklənmə səviyyəsi eksponent şəkildə artır

Bakı, 21 may, AZƏRTAC

Plastik tullantılarla çirklənmə çox ciddi qlobal problemdir. Çirklənmənin səviyyəsi sürətlə və eksponent şəkildə artır. Plastik tullantılar bu gün mövcud olan ən təhlükəli çirklənmə formalarından biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Millətlər Birliyinin sabiq Baş katibi Patrisia Skotlənd deyib.

“Hazırda Sakit okeanda toplanmış plastik tullantıların sahəsi Fransanın ərazisindən üç dəfə böyükdür. Bu, həqiqətən insanı heyrətə gətirən bir problemdir. Biz bilirik ki, plastikdən yaranan kiçik mikrohissəciklər təkcə okeanlara və balıqlara deyil, həm də insan orqanizminə daxil olur. Hətta deyilir ki, müəyyən növ balıqları yeyən insanların bəzilərinin beynində belə bu hissəciklərə rast gəlinir. Bu səbəbdən məsələ son dərəcə böyük əhəmiyyət daşıyır. Çox önəmlidir ki, biz Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) bir araya gələrək bu kritik problemin həlli üçün faydalı olacaq həll yollarını müzakirə etdik”.

Müxbirlər - Göyçək Mahmudlu, Elgün Niftəli
Fotoqraf - Nicat Haşımov
Videooperator - Şövqi Əzizov

 

Chosen
62
2
azertag.az

3Sources