EN

Tramp Həcc dövrünə görə İrana hücumu təxirə salıb

ABŞ Prezidenti Donald Tramp region ölkələrinin xəbərdarlıqlarından sonra İrana planlaşdırılan hücumu ləğv edib.

Missiya.Az xəbər verir ki, “Middle East Eye” nəşri adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bəzi Yaxın Şərq ölkələri Vaşinqtona Həcc dövründə mümkün hərbi əməliyyatların yüz minlərlə zəvvarın səfərinə və regiondakı sabitliyə təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

Nəşr yazır ki, Həcc mərasimi mayın 24-də başlayır və gələn həftənin sonuna qədər davam edəcək. Eyni zamanda, mənbələr Həcc dövründən sonra yaxın həftələrdə hərbi əməliyyatların yenidən gündəmə gələ biləcəyini açıqlayıb.

Mənbə qeyd edib ki, ABŞ daha əvvəl də İran rəsmilərində “təhlükəsizlik hissi” yaratmaq məqsədilə aldatma əməliyyatlarından istifadə edib.

Daşqın Həsənov

Missiya.Az

Chosen
42
missiya.az

1Sources