EN

Toyda pul dolu zərfləri oğurladı

Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyada toy mərasiminə gələrək pul dolu hədiyyə zərflərini oğurlayan 70 yaşlı kişi həbs edilib. Hadisə Busan şəhərində fəaliyyət göstərən toy zallarından birində baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap News" agentliyi məlumat yayıb. Yaşlı kişi zala daxil olaraq özünü dəvətli qonaq kimi təqdim edib. O, fürsətdən istifadə edərək qeydiyyat masasına yaxınlaşıb və ümumilikdə 17 ədəd hədiyyə zərfini oğurlayıb.

Məlumata görə, törədilən cinayət toy zalındakı təhlükəsizlik kameraları, həmçinin şübhəlinin giriş hissəsində özü barədə qoyduğu real şəxsi məlumatlar vasitəsilə qısa müddətdə aşkar edilib.

İstintaq və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs zərərçəkənlərə vurduğu ümumi maddi ziyanı tamamilə ödəyib və onlara əlavə olaraq təxminən 1.2 milyon von (təxminən 1 360 manat) kompensasiya verib. Bu addım onun cəzasının yüngülləşdirilməsinə birbaşa təsir göstərib.

Məhkəmənin qərarında qeyd olunub ki, təqsirləndirilən şəxs daha əvvəl də analoji cinayətlərə görə dəfələrlə məsuliyyətə cəlb edilib. Lakin onun peşmançılığı və ziyanı ödəməsi nəzərə alınaraq, barəsində 2 illik şərti cəza hökmü çıxarılıb.

Chosen
46
hafta.az

1Sources