EN

Zuckerberq süni intellekt xərclərini kompensasiya etmək üçün 8 min əməkdaşı işdən çıxarıb

“Meta”nın qurucusu Mark Zukerberq süni intellekt xərclərini kompensasiya etmək üçün 8 min əməkdaşı işdən çıxarıb. Bu barədə “The New York Times” və “Bloomberg” məlumat yayıb. Daha 7 min əməkdaş isə süni intellekt istiqamətində yeni layihələrə keçirilib.

İşçilər bildirişləri səhər saatlarında alıblar. Şirkət rəhbərliyi kütləvi ixtisar günü əməkdaşlardan evdən işləməyi xahiş edib. Buna baxmayaraq ofisə gələn işçilər NYT-yə bildiriblər ki, divarlarda şirkətin yeni strategiyasına qarşı vərəqələr asılıb. Etirazlar arasında əməkdaşların ekran fəaliyyətinin süni intellektin öyrədilməsi üçün izlənməsinə qarşı çağırışlar da olub.

“Bloomberg” mənbələrinin sözlərinə görə, ixtisarlar ən çox “Meta”nın mühəndis və məhsul komandalarına təsir edib. Şirkət bildirib ki, işdən çıxarılan əməkdaşlara minimum 16 həftəlik baza maaşı həcmində kompensasiya, tibbi sığorta və karyera dəstəyi təqdim olunacaq.

İxtisarlar Zukerberqin süni intellekt infrastrukturu sahəsinə böyük investisiyalar yatırmasından sonra həyata keçirilir. “Bloomberg”in məlumatına görə, bu investisiyaların həcmi 100 milyard dolları ötüb. Mark Zukerberq şirkət daxilində yaydığı mesajda “bu il başqa kütləvi ixtisarların gözlənilmədiyini” bildirib və əlavə edib ki, əməkdaşlarla kommunikasiya yaxşılaşdırılmalıdır.

Chosen
48
banker.az

1Sources