EN

Yayda avtomobili sıradan çıxaran 5 təhlükəli səhv

Mütəxəssislər isti havalarda sürücülərin etdiyi bəzi səhvlərin avtomobil mühərrikinə ciddi ziyan vura biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, aşağı oktanlı benzin istifadəsi, mühərriki aşağı dövrlərdə yükləmək, güclü istidə qoşqu çəkmək və avtomobili uzun müddət kondisioner işlək vəziyyətdə saxlamaq mühərrikin həddindən artıq qızmasına səbəb ola bilər.

Ekspertlər həmçinin soyuducu mayenin səviyyəsinə nəzarət etməyin vacibliyini vurğulayıblar. Antifriz çatışmazlığı və ya köhnəlməsi mühərrikin sıradan çıxmasına gətirib çıxara bilər.

Sürücülərə isti havalarda avtomobili daha diqqətli idarə etmək, mühərriki yükləməmək və texniki baxımı gecikdirməmək tövsiyə olunur.

Chosen
1
2
manset.az

3Sources