EN

Şükürbəyliyə qayıdan sakin: Bu gün bizim üçün unudulmaz və qürurvericidir

"Bu gün bizim üçün unudulmaz və qürurvericidir".

"Report" xəbər verir ki, bu sözləri Cəbrayıl rayonun Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Dünyamalıyev Vüsal söyləyib.

"Düşmənlər tərəfindən həyatımızdan çox şey qopardıldı. Kəndimizə qayıtdığımız üçün çox sevincliyəm. Allah Ali Baş Komandan İlham Əliyevə cansağlığı versin. Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Bakıda tarix müəllimi olaraq çalışırdım, orada məni işlə təmin edəcəklər", - deyə keçmiş məcburi köçkün bildirib.

Chosen
41
far.az

1Sources