EN

ABŞ Kubanın keçmiş lideri Raul Kastroya qarşı ittiham irəli sürüb

ABŞ Kubanın keçmiş rəhbəri Raul Kastroya qarşı rəsmi ittiham irəli sürüb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Prezidenti Donald Tramp Administrasiyasının yüksəkrütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

Agentlik iddia edir ki, cinayət işinin detalları, o cümlədən ittihamların mahiyyəti açıqlanmır. Bununla belə, "Reuters" yazıb ki, ittihamlar 1996-cı ildə baş vermiş hadisələrlə bağlı ola bilər. Həmin vaxt Kuba qırıcıları ABŞ-nin Kuba mühacirlərinə məxsus iki təyyarəsini vurmuşdu.

94 yaşlı Raul Kastro Kuba inqilabçısı və 1959-2008-ci illərdə ölkəyə rəhbərlik etmiş Fidel Kastronun qardaşıdır. Raul Kastro 2008-2018-ci illərdə Kuba prezidenti və müdafiə naziri olub. O, vəzifədən getsə də, hələ də Kuba siyasətində təsirli fiqur sayılır.

"The New York Times"ın məlumatına görə, ABŞ rəsmiləri ona qarşı cinayət təqibi və hətta mümkün "oğurlanma" variantını da nəzərdən keçirir. Bu, Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun işinə bənzər ssenari kimi qiymətləndirilir.(oxu.az)

Chosen
11
2
hakimiyyet.az

3Sources