EN

Rusiya Ermənistanın Avropaya inteqrasiyasına qarşı çıxıb

Moskva Ermənistan hökumətinin ölkə Avropa Birliyinə üzvlüyə keçənə qədər Avrasiya İqtisadi Birliyində üzvlüyünü saxlamaq planlarını qəbuledilməz adlandırıb. Bu barədə Rusiya mətbuatı xarici işlər nazirinin müavini Mixail Qaluzinə istinadən bildirib. Qaluzin əlavə edib ki, bu yanaşma Rusiyaya "uyğun deyil".

"Əlbəttə ki, Moskva bu gün Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi Birliyində Avropa Birliyinə qəbul olana kimi üzvlüyünü saxlayacağı siyasətini qəbul edə bilməz. Bu cür yanaşmalar bizə yaraşmaz. Bu cür yanaşmalar bizim üçün tamamilə qəbuledilməzdir", - Qaluzin Rusiya Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə bildirib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanı tənqid edərək rəsmi Yerevanı Kremlin razılığı olmadan Avropaya inteqrasiyanın "qəbuledilməzliyi" barədə xəbərdar etmişdi. O, belə bir siyasətin 2014-cü ildə Ukraynada baş verən hadisələrə bənzər bir ssenariyə səbəb ola biləcəyi ilə hədələmişdi. Yerevan bildirib ki, ölkə hazırda seçki kampaniyasının ortasındadır və xarici bəyanatları izləmək üçün çox az vaxt qalıb.

Əziz MUSTAFA

Chosen
53
oxumeni.az

1Sources