EN

Tramp "İNCƏ XƏTTİ" göstərdi: “Ya razılaşma, ya da şiddətli...”

“Tehranla danışıqlar “ipin ucundadır”.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp Merilenddəki Endryus Hərbi Hava Qüvvələri Bazasından jurnalistlərə bildirib. O qeyd edib ki, Yaxın Şərqdə müharibəyə son qoymaq üçün iki yol var:

“Ya razılığa gələcəyik, ya da daha sərt tədbirlər görəcəyik. Amma ümid edirəm ki, ikinci baş verməyəcək. Nə olacağını görəcəyik. İnanın mənə, bu, incə bir xəttdir. Düzgün cavabları almasaq, işlər çox sürətlə gedə bilər. Hamımız hərəkətə keçməyə hazırıq. Düzgün cavabları almalıyıq. Onlar tamamilə, 100% qənaətbəxş olmalıdır”.

D.Tramp əlavə edib ki, İranla razılaşma vaxta, enerjiyə və həyatlara qənaət edəcək:

“Bu məsələnin çox tez və ya bir neçə gün ərzində həll oluna biləcəyini təxmin edirəm”.

Aydın

Chosen
73
bakivaxti.az

1Sources