Məşhur rejissor Michael Bay ABŞ-ın İrandakı hərbi əməliyyatı zamanı xilas edilən pilotlardan bəhs edən yeni film üzərində işləyir.
Musavat.com xəbər verir ki, “Transformers”, “Armageddon” və “Pearl Harbor” filmlərinin rejissoru olan Maykl Bey Universal Pictures ilə birlikdə real hadisələr əsasında ekran əsəri hazırlayacaq.
Filmdə 2026-cı ilin aprelində ABŞ-ın “Epik qəzəb” adlı hərbi əməliyyatı zamanı vurulan F-15E Strike Eagle təyyarəsinin iki pilotunun xilas edilməsindən bəhs olunacaq.
Məlumata görə, ekran işi jurnalist və yazıçı Mitchell Zuckoffun 2027-ci ildə çap olunacaq kitabı əsasında çəkiləcək. Maykl Bey daha əvvəl də müəllifin “13 saat” kitabını ekranlaşdırmışdı.
Rejissor bildirib ki, ABŞ Müdafiə Nazirliyi və hərbçilərlə uzun illərdir sıx əməkdaşlıq edir. O, yeni filmin “müasir tarixin ən mürəkkəb və riskli əməliyyatlarından birini həyata keçirən hərbçilərə” həsr olunacağını deyib.
Musavat.com