EN

Rusiya Ermənistana diş göstərməyə başladı: İrəvandan gül idxalı dayandırılır

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Rosselxoznadzor mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edir.

Musavat.com xəbər verir ki, qərarın Rusiyanın fitosanitar təhlükəsizliyinin və ixrac potensialının qorunması məqsədilə qəbul olunduğu bildirilib.

Açıqlamada qeyd edilir ki, Ermənistanın Qida Təhlükəsizliyi Müfəttiş Orqanının təqdim etdiyi zəmanətlərə baxmayaraq, Avrasiya İqtisadi İttifaqı üçün karantin hesab olunan yeni obyektlərin aşkarlanması davam edir.

Beləliklə, Rusiya tərəfi Ermənistandan gətirilən gül məhsullarına nəzarəti daha da sərtləşdirib.

 

Musavat.com

Chosen
28
8
musavat.com

10Sources