EN

Səsli çatda etdiyi səhv 19 milyonluq cinayəti üzə çıxardı

Discord platformasında adi görünən səsli söhbət 18 yaşlı gənc haker üçün ciddi problemlə nəticələnib.

Musavat.com xəbər verir ki, Dritan Kapllani səsli çat zamanı ekran paylaşımı edərək kriptovalyuta hesabındakı milyonlarla dolları nümayiş etdirib. Söhbətdə iştirak edən istifadəçilərdən biri isə həmin kriptocüzdanın hərəkətlərini izləyərək onu yaxın zamanda oğurlanmış 185 bitkoinlə əlaqələndirib.

Bildirilir ki, oğurlanan vəsaitin ümumi dəyəri təxminən 13 milyon dollar olub. Araşdırma zamanı həmin vəsaitlərin ertəsi gün Kapllaninin hesabına daxil olduğu müəyyən edilib.

Analizlər həmin hesabın digər oğurluq hadisələri ilə də əlaqəli ola biləcəyini göstərib. Söhbət əlavə olaraq ən azı 5,85 milyon dollarlıq vəsaitdən gedir.

Qeyd olunur ki, gənc haker sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi nümayiş etdirib və müxtəlif haker çevrələri ilə əlaqə saxlayıb. May ayında isə onun adı ilk dəfə məhkəmə sənədlərində ortaya çıxıb.

 

Musavat.com

Chosen
59
musavat.com

1Sources