EN

Haluk Leventdən üzücü xəbər – məşhur sənətçi reanimasiyaya yerləşdirildi

Türkiyəli məşhur müğənni Haluk Leventin səhhətində ciddi problem yaranıb.

Musavat.com xəbər verir ki, 57 yaşlı sənətçi Əskişəhərdə verdiyi konsertdən sonra özünü pis hiss edib. Bildirilir ki, Haluk Levent daha sonra AFAD-la keçiriləcək toplantıya qatılmaq üçün yola düşsə də, vəziyyəti qəfil ağırlaşıb.

Məlumata görə, sənətçi təcili şəkildə Ankara şəhərində yerləşən Gazi Universiteti Tibb Fakültəsi xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin müdaxiləsindən sonra Haluk Leventin mədə qanaması keçirdiyi müəyyən olunub.

Türkiyə mətbuatının yaydığı xəbərlərə əsasən, məşhur ifaçı reanimasiyaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir. Həkimlər onun vəziyyətini nəzarətdə saxlayırlar. 

Haluk Levent KİMDİR?

Qeyd edək ki, Haluk Levent təkcə musiqi fəaliyyəti ilə deyil, xeyriyyə aksiyaları və sosial layihələrdə fəal iştirakı ilə də tanınır. O, xüsusilə zəlzələ və təbii fəlakətlər zamanı ehtiyacı olan insanlara göstərdiyi yardımlarla geniş rəğbət qazanıb.

1968-ci ildə Adananın Yüreğir rayonunda anadan olan sənətçi Türkiyənin ən çox konsert verən ifaçılarından biri hesab olunur. O, illər ərzində verdiyi bir çox konsertin gəlirlərini xəstələrə və ehtiyacı olan insanlara bağışlayıb.

 

Musavat.com

Chosen
58
musavat.com

1Sources