EN

Şakiraya 4 milyon dollar təzminat ödəniləcək

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Kolumbiyalı müğənni Şakira İspaniyada vergi ilə bağlı məhkəmədə qalib olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2011-ci ildə İspaniyada məşhur müğənniyə qarşı vergi ödəyicisi olması ilə bağlı iddia qaldırılıb və yekunda yüksək məbləğdə vergi cəzası kəsilib.

Məhkəmə Şakiranın vergi ödəyicisi sayılmaq üçün tələb olunan 183 günü İspaniyada keçirdiyinin sübuta yetirilə bilməyəcəyinə qərar verib.

Lakin qərarla razılaşmayan sənətçi yenidən məhkəməyə müraciət edib. Nəticədə Şakiranın həmin il İspaniyada yalnız 163 gün olduğu sübut edilib. Bu səbəbdən də tanınmış müğənniyə 4 milyon dollar təzminat ödəniləcək. Çünki İspaniyada cəmi 163 gün qaldığını sübut edən Şakira vergi ödəyicisi sayılmayıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
525.az

1Sources