EN

Bakı-Tiflis qatarının sürəti: Azər Fərəcov riyaziyyatı harda öyrənib?

May ayının 26-dan bərpa ediləcək Bakı-Tiflis sərnişin qatarının sürətinin nə qədər olacağı açıqlanıb.

 

Pravda.az Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bugünkü açıqlamasında qatarın Azərbaycan ərazisində sürətinin daha çox, Gürcüstan ərazisində isə daha aşağı olacağını deyib.

 

O bildirib ki, Gürcüstanda dəmir yolları yüksək standartlara cavab vermir və bu ölkədə Bakı-Tiflis qatarının sürəti 50 km/saat olacaq.

 

Əlbəttə, 50 km/saat olduqca aşağı sürətdir və qatarla səfərin “lüks”ünü də pozur, “konfort”unu da!

Amma A.Fərəcovun qatarın Azərbaycandakı sürəti ilə bağlı dedikləri daha maraqlıdır.

 

“Qatarlar Bakıdan Böyük Kəsik stansiyasına qədər olan 498 kilometrlik məsafəni 6 saat 10 dəqiqəyə qət edəcək, Azərbaycan ərazisində dəmir yolu infrastrukturu yeniləndiyi üçün orta hesabla 100 km/saat sürətlə hərəkət edə biləcək", - deyə o qeyd edib.

 

498 kilometrlik yol 6 saat 10 dəqiqəyə qət edilirsə, deməli, qatarın sürəti 81,6 km/saat ola bilər. Çünki qatar 100 km/saatla hərəkət etsə, 6 saat 10 dəqiqəyə 610 km yol qət etməlidir. Yəni söhbət “orta hesabla” sürətdən gedir, yavaşlama, stansiyada durma, daha sürətli hərəkət bura daxil deyil.

 

Görəsən, Azər Fərəcov riyaziyyatı harda öyrənib?

Tarix: 20 May 2026, 21:45   
Chosen
60
1
pravda.az

2Sources