EN

Beh müqaviləsi bağlayanda diqqətli olun ki, belə vəziyyətə düşməyəsiniz

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Beh müqaviləsi bağlayarkən kifayət qədər diqqətli olmaq, əvvəldən ölçüb-biçmək lazımdır ki, sonradan onu ləğv etdirmək fikrinə düşməyəsən. Çünki bu müqaviləni ləğv etdirmək heç də həmişə asan olmur. Bir çox hallarda qarşı tərəf verilmiş vəsaiti qaytarmaqdan imtina edir.

Bizimyol.info xəbər verir ki, paytaxtın Əhmədli qəsəbəsində, Gəncə prospekti 249A ünvanında yerləşən 12 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 2 otaqlı mənzili tərəflər 135 manata alqı-satqı etməyə razılaşıblar. Bununla bağlı aralarında beh müqaviləsi bağlayıblar. Alıcı beh kimi, 2000 manat pul verib.

Alıcının sözlərinə görə, mənzili yaxından araşdıranda məlum olub ki, sahəsi sənəddə göstərildiyi qədər deyil, azdır. Üstəlik mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Yəni, mənzilin çıxarışı yoxdur. Bundan sonra o, belə bir vəziyyətdə olan mənzili almaq istəməyib. Ona mənzillə bağlı doğru məlumat verilmədiyini iddia edərək, ilkin beh kimi ödədiyi 2000 manatı da geri istəyib. Lakin qarşı tərəf behin qaytarılmadığı bildirib və həmin pulu verməkdən imtina edib.

Alıcı bu məsələ ilə bağlı məhkəməyə üz tutub. O, “beh müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş vəsaitinin geri qaytarılması” tələbi ilə iddia qaldırıb. O, iddiasını əsaslandırarkən qeyd edib ki, müqavilə notarial qaydada bağlanmayıb. Ən əsası isə onu aldadıblar. Lakin məhkəmə onun iddiasını təmin etməyib. Hakim qərarı əsaslandırarkən qeyd edir ki, mənzilin çıxarışının olmamasından alıcı beh müqaviləsi bağlayanda məlumatlı olub. Buna baxmayaraq, beh verməyə razılaşıb.

“Müqavilənin mühüm əhəmiyyətli yanılma və ya aldatma təsiri altında bağlanması sübut olunmayıb”, - məhkəmə belə nəticəyə gəlib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
bizimyol.info

1Sources