EN

Malungo Chisangano: Zambiya da mənzil problemi ilə üz-üzədir

Bakı, 20 may, AZƏRTAC

Digər ölkələr kimi Zambiya da əhalinin artımı, şəhərlərə miqrasiya və iqlim dəyişikliyi ilə bağlı məsələlər səbəbindən mənzil problemi ilə üz-üzədir.

AZƏRTAC xəbər verir ki, bunu Zambiya Parlamentinin təmsilçisi Malungo Chisangano Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.

O bildirib ki, Zambiya dataəsaslı nəzarət inteqrasiyasını birbaşa milli planlaşdırmaya tətbiq edir. Qlobal şəhərsalma hədəfləri strukturlaşdırılmış şəkildə 2022-2026-cı illəri əhatə edən səkkizinci Milli İnkişaf Planına daxil edilib. Burada qeyri-formal yaşayış məntəqələrində əhalinin faizinin izlənilməsi kimi konkret əsas fəaliyyət göstəriciləri yer alır.

Chosen
59
azertag.az

1Sources