EN

TBMM sədri: Qlobal sistem tamamilə çöküb 

Müasir dəyərlər üzərində qurulan və Qərbin intellektual və sivilizasiya dominantlığı ilə reallaşan bu əsrlik beynəlxalq anlayış və beynəlxalq sistem təəssüf ki, bu gün tamamilə çöküb.
 Ölkə.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş "Modernləşmə: Qlobal müqayisələr və alternativ yanaşmalar işığında Türk modernləşməsi"  beynəlxalq simpoziumunda çıxışı zamanı deyib.

Kurtulmuş bildirib ki, dünyada müasir dəyərlər üzərində qurulmuş demək olar bütün qurumların ya funksiyalarını itirib, ya da tamamilə yenilənməyə ehtiyac duyur, ya da faydalılıq müddətini başa vurduğundan, konsepsiyaların və qaydaların müzakirə olunduğu yeni bir dövrə qədəm qoyub.

 TBMM sədri demokratiyanın Türkiyənin modernləşməsinin ən vacib sahələrindən biri olduğunu vurğulayaraq demokratiya sahəsindəki irəliləyişin Türkiyənin dövlət və millət arasında inteqrasiya prosesinin ən vacib göstəricilərindən biri olduğunu bildirib.
Kurtulmuş türk modernləşməsini çox zəngin bir təməl və böyük bir milli kimlik üzərində gücləndirəcəklərini və dövlətlə millət arasındakı bağları və körpüləri daha da gücləndirəcəklərini  vurğulayıb.

 Mürtəza

Chosen
76
1
olke.az

2Sources