EN

Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq müzakirə olunub

Ajans.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti xanım Valeri Levkov ilə görüşdə ölkəmizlə səmərəli əməkdaşlığın nəticələrini məmnunluqla qeyd etdik", - o bildirib. Görüşdə Azərbaycan və regionda dayanıqlı infrastrukturun inkişafına dəstək, özəl sektorun maliyyələşdirilməsini təşviq etmək üçün Bankın maliyyə alətlərindən istifadə və şəhərsalma sahəsində potensial layihələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Chosen
2
2
Ajans.az

3Sources