EN

Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafına dəstək verəcək - FOTO

Azərbaycan ilə Dünya Bankı arasında səmərəli əməkdaşlıq müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti xanım Valeri Levkov ilə görüşdə ölkəmizlə səmərəli əməkdaşlığın nəticələrini məmnunluqla qeyd etdik", - o bildirib.

Görüşdə Azərbaycan və regionda dayanıqlı infrastrukturun inkişafına dəstək, özəl sektorun maliyyələşdirilməsini təşviq etmək üçün Bankın maliyyə alətlərindən istifadə və şəhərsalma sahəsində potensial layihələrdə əməkdaşlıq imkanları müzakirə edilib.


Bizim.Media

Chosen
83
2
bizim.media

3Sources