EN

İsrail Knesseti yeni parlament seçkiləri barədə qanun layihəsinə səsvermə keçirir

Qahirə, 20 may, AZƏRTAC

İsrail Knesseti özünü buraxmaq və yeni parlament seçkiləri barədə qanun layihəsinə səsvermə keçirir.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla bildirir ki, qanun layihəsi ilkin səsvermədən keçərsə, yeni parlament seçkilərinin vaxtının təyin edilməsi üçün komitənin müzakirəsinə veriləcək, daha sonra yenidən parlamentin sonuncu səsverməsinə təqdim olunacaq. Sonuncu səsvermədə qanun layihəsi 120 üzvdən ibarət Knessetin yarıdan çoxunun səsini almalıdır. Prosesin bir neçə həftə çəkəcəyi gözlənilir.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Chosen
62
1
azertag.az

2Sources