EN

Humanitar elmlər və süni intellekt: nəzəri bazadan tətbiqə

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Humanitar elmlərdə süni intellektin tətbiqi” proqramının “Nəzəri baza” adlı 1-ci moduluna həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun direktor müavini Mehman Həsənli Ədəbiyyat İnstitutunda rəqəmsallaşma və süni intellekt sahəsində görülən işlərdən danışıb. O bildirib ki, müasirliyin tələbi olan rəqəmsallaşma da humanitar elmlərdə tətbiq edilməlidir. Direktor müavini süni intellekdən düzgün istifadənin faydalarını vurğulayıb.

Sonra AMEA Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin əməkdaşı Aygün Əliyeva mövzu ilə bağlı təlim keçib, iştirakçıların suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
azertag.az

1Sources