EN

Şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə  şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

"Cebheinfo.az" xəbər verir ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər  təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir.

Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək. 

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Chosen
39
38
cebheinfo.az

10Sources