

Müəllif
İlhamə Vəliqızı
Dünyanın gözünün Bakıda olduğu bu günlərdə, paytaxtımızda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) görünməmiş maraq qeydiyyat sistemində yeniliklərə səbəb olub.Beynəlxalq tədbirdə iştirak etmək istəyənlərin çoxsaylı müraciətləri və Bakı Olimpiya Stadionundakı sıxlığı azaltmaq məqsədilə onlayn qeydiyyat prosesi rəsmi olaraq bərpa edilib. Bu barədə Ulusum.az-a WUF13 Azərbaycan -mətbaut xidmətindən məlumat verilib. Təşkilatçılar forum məkanına gələcək şəxslərə ciddi çağırış edərək, qapıda vaxt itkisi yaşamamaq üçün məkana gəlməzdən öncə mütləq onlayn platformadan keçməyi tövsiyə edirlər.Dünyanın 180-dən çox ölkəsindən rəsmi nümayəndələrin qatıldığı bu mötəbər tədbirdə yerinizi almaq və sürətli keçid təmin etmək üçün events.unhabitat.org rəsmi linki vasitəsilə dərhal qeydiyyatdan keçə bilərsiniz.
Diqqət Çəkənlər
Novxanıda hoteldə güclü yanğın başlayıb FOTO
Türkiyə Bakı Koalisiyasını iqlim dialoqu üçün daimi platformaya çevirməyi müdafiə edir
Tailand turistlər üçün vizasız qalma müddətini azaldır