EN

Fərid Şəfiyev: Qarabağda urbisid hərbi əməliyyatlardan sonra sistemli şəkildə keçirilib

Qarabağda baş verən urbisid digər nümunələrdən fərqlənərək hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib. Məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən urbisid və onun nəticələrinə dair panel sessiyasında BMTM sədri İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

BMTM sədri bildirib ATƏT-in 2005-ci il Faktaraşdırıcı Missiyasının hesabatına istinad edərək Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və digər rayonların tamamilə dağıdıldığını, yaşayış məntəqələrinin talan edildiyini və tikinti materiallarının belə sökülərək aparıldığını qeyd edib: “Urbisidin əsas göstəriciləri kimi fiziki dağıntı, etnik təmizləmə və şəhərlərin mədəni kimliyinin dəyişdirilməsidir, xüsusilə Laçın və Kəlbəcərin Ermənistan üçün strateji əhəmiyyət daşıdığı və bu ərazilərdə məskunlaşdırma siyasətinin həyata keçirildiyi bildirilib. Həmçinin urbisid “əlavə zərər” deyil, siyasi və ideoloji məqsədlərlə həyata keçirilən idarəetmə strategiyasıdır, şəhər məkanlarının məhv edilməsi yeni nəzarət və hakimiyyət formalarının qurulmasına xidmət edir”.

Chosen
47
apa.az

1Sources