Bakıda keçirilən WUF13 həm çox maraqlı, həm də olduqca faydalıdır.
Bu barədə APA-ya açıqlamasənda “Qazprombank”ın birinci vitse-prezidenti Vladimir Ksendzovskiy bildirib.
“Xüsusilə, Avrasiya Patent Təşkilatının keçirdiyi plenar sessiyanı qeyd etmək istərdim. Çünki burada ağıllı şəhərlərin inkişafı, komfortlu yaşayış məkanlarının tikintisi və insanların müasir, rahat yaşayış şəraiti ilə təmin olunması kimi aktual və ciddi məsələlər müzakirə olunur”, - Vladimir Ksendzovski qeyd edib.
Onun sözlərinə görə, bu gün müxtəlif sessiyalarda da həmin mövzular geniş şəkildə müzakirə edilir:
“Azərbaycan Respublikasının təşkilatçılarına tədbirin yüksək səviyyədə təşkilinə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də burada çoxlu iştirakçılar var, fikir mübadiləsi aparmaq və təcrübə bölüşmək üçün geniş imkanlar yaradılıb.
Ona görə də sualınıza cavab olaraq deyə bilərəm ki, bu, çox faydalı və çox maraqlı bir tədbirdir”, - Vladimir Ksendzovski vurğulayıb.