EN

Qarabağ Universitetində 6 yeni ixtisas üzrə tələbə qəbulu...

Növbəti tədris ilində Qarabağ Universitetində iki yeni fakültə açılacaq.

Publika.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Tədqiqat və İnnovasiyalar Mərkəzinin baş mütəxəssisi dosent Pərvin Ahənçi məlumat verib.

O bildirib ki, yeni açılacaq Riyaziyyat və İT elmləri və Təbiət elmləri fakültələrinə bu ildən etibarən tələbə qəbulu aparılacaq.

Riyaziyyat və İT elmləri fakültəsində "İnformasiya təhlükəsizliyi", "Data analitikası", "Riyaziyyat", "Kompüter mühəndisliyi" ixtisasları, Təbiət elmləri fakültəsində isə "Biologiya" və "Kimya" ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.

Chosen
5
9
publika.az

10Sources