EN

Qonaq gələndə nə bişirim deyənlərə fərqli və asan təklif

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Fincan forması ilə hazırlanan xırtıldayan börek dadı və fərqli görünüşü ilə çay saatlərinin ən çox bəyənilən təamları sırasındadır. Hazır yuxadan qısa müddətdə hazırlanan bu təam xüsusilə qonaq süfrələri üçün cəlbedici seçim hesab olunur. Zövqdən asılı olaraq, içliyi pendirli, qiyməli və ya kartoflu hazırlamaq mümkündür.Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə məşhurlaşan bu un məmulatını ev şəraitində asanlıqla hazırlamaq üçün lazım olan ərzaqlar və qaydası aşağıdakı kimidir.Lazım olan ərzaqlar:3 ədəd hazır yuxa

1 çay stəkanı duru yağ

1 çay stəkanı südİçlik üçün:200 qram ağ pendir

Yarım dəstə cəfəriÜzü üçün:1 ədəd yumurta sarısı

Küncüt və ya çörəkotuHazırlanma qaydası: Geniş qabda duru yağ ve süd qarışdırılır. Yuxalar masanın üzərinə sərilir və hazırlanan sous yuxaların hər tərəfinə çəkilir.Yuxalar dörd hissəyə bölünür. Hər parçanın geniş hissəsinə xırdalanmış pendir və doğranmış cəfəri qarışığı qoyulur, fincan köməyilə forma verilərək bükülür. Hazırlanan böreklər yağlı kağız sərilmiş listə düzülür.Üzərinə yumurta sarısı çəkilir, küncüt və ya çörəkotu səpilir. Əvvəlcədən 180°C dərəcədə qızdırılmış sobada üzəri qızarana qədər, təxminən 25 dəqiqə bişirilir.Jalə

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
demokrat.az

1Sources