EN

SEPAH ABŞ ı Yaxın Şərqdən kənarda zərbələrlə hədələyib

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İrana qarşı hərbi hücumun yenidən baş verəcəyi təqdirdə, müharibə bu dəfə regiondan kənara çıxacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

SEPAH-ın bəyanatında İsrail və ABŞ-ın son təhdidlərinə toxunulub. Bildirilib ki, dünyanın ən bahalı orduları hesab edilən iki ordunun bütün imkanları ilə İrana hücum etmələrinə baxmayaraq, Tehran SEPAH-ın bütün potensialını işə salmayıb.

Bəyanatda vurğulanıb ki, İrana qarşı təcavüz yenidən təkrarlanarsa, əvvəllər vəd edilən regional müharibə bu dəfə regionun hüdudlarını aşacaq və İranın zərbələri “gözlənilməyən məkanlarda” həyata keçiriləcək.

“Gücümüzü boş bəyanatlarda və sosial şəbəkələrdə deyil, döyüş meydanında görəcəksiniz”, - bəyanatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
6
azpolitika.info

8Sources