Bakı-Tbilisi-Bakı dəmiryol marşrutu üzrə birtərəfli biletin qiyməti 81 manat olacaq.
Editor.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata görə, marşrut üzrə səyahət tarifləri aşağıdakı kimidir:
Bakı – Tbilisi – 81 AZN-dən
Yevlax – Tbilisi – 67 AZN-dən
Gəncə – Tbilisi – 62 AZN-dən
Ağstafa – Tbilisi – 57 AZN-dən
Böyük Kəsik – Qardabani – 51 AZN-dən başlayır.
Qeyd olunub ki, sərnişinlər Bakıdan Tbilisiyə daha rahat, təhlükəsiz və komfortlu şəkildə səyahət edə biləcəklər.
Xatırladaq ki, bu istiqamətdə səfərlər mayın 26-dan başlayacaq.