EN

Litvada ölkə rəhbərliyi gizlənməyə məcbur oldu

Ehtimal olunan PUA hücumu təhlükəsi ilə əlaqədar Litvanın ali rəhbərliyi sığınacaqlara yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu məlumatı “Delfi” nəşri yayıb.
Yerli mətbuat orqanları ölkə prezidenti Gitanas Nauseda, baş nazir İnqa Ruqiniene və Seymin sədri Juozas Olekasın təhlükəsiz yerə təxliyə olunduğunu təsdiq ediblər.
Nəşrin bildirdiyinə görə, mayın 20-si səhər saatlarında Baltikyanı regionun hava məkanına nəzarət edən NATO-nun qırıcı təyyarələri uçuş həyata keçirib. Həyəcan siqnalının verilməsinə dövlət sərhədi yaxınlığında pilotsuz uçuş aparatına bənzər radar siqnalının qeydə alınması səbəb olub.
Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzi tərəfindən İqnalina, Utena, Şvençionis və Zarasay bölgələrinin əhalisi üçün hava hücumu xəbərdarlığı elan edilib. İlkin mərhələdə ehtimal edilən, lakin real hücumu əks etdirməyən “sarı” xəbərdarlıq səviyyəsi tətbiq olunub. Bir müddət sonra bu siqnal vətəndaşların təhlükəsiz zonalara təxliyəsini tələb edən “qırmızı” səviyyə ilə əvəzlənib. Mətbuat nümayəndələri Vilnüsdəki iş mərkəzlərindən birinin yeraltı qarajında sığınan yerli sakinlərin fotolarını da paylaşıblar.
Hava hücumu təhlükəsi ilə əlaqədar olaraq Litva paytaxtında ictimai nəqliyyatın hərəkəti dayandırılıb, eyni zamanda Vilnüs beynəlxalq hava limanının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Chosen
35
yenicag.az

1Sources