EN

Travma alan uşaqlar arasında oğlanlar üstünlük təşkil edir - Rəsmi STATİSKA

"Sırf Travmatologiya İnstitutunda 2026-cı ilin may ayının 20-nə qədər gün ərzində orta hesabla 72 travma hadisəsi müşahidə olunub".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov vurğuladı.

Onun sözlərinə görə, kəskin travma ilə bağlı 9989 nəfər xəstəxanaya, instituta müraciət edib:

" Yenə qeyd edirəm ki, bu rəqəmlər sırf 2026-cı ilin yanvar ayının 1-dən may ayına qədər Travmatologiya İnstitutuna olan müraciətlərin sayıdır. Bunların 3341 nəfəri uşaq travmaları olub. Uşaq travmalarının 2308 nəfəri oğlan uşaqlarında, 1033 nəfəri isə qız uşaqlarında rastlanıb. Böyüklər arasında travma alanların sayı isə 6648 nəfər təşkil edib. Bu rəqəmlər travmaların cəmiyyət üçün nə qədər ciddi problem olduğunu göstərir. Yəni bu saylar az deyil, kifayət qədər yüksəkdir. Buna görə də cəmiyyət travmalara ciddi yanaşmalıdır. Travmaların profilaktikası və onların rastgəlmə hallarının azalması üçün cəmiyyətin rolu xüsusilə əvəzolunmazdır. Bu, ciddi problemdir".

NURİYYƏ

Chosen
18
24
redaktor.az

10Sources