EN

Rafael Tuts: WUF13-ə ev sahibliyi edən Azərbaycana qlobal əməkdaşlığa görə təşəkkürümü bildirirəm

Bakı, 20 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) belə lütfkar ev sahibliyi edən Azərbaycana ictimai dəstəyə və mənalı praktik qlobal əməkdaşlığa görə təşəkkürümü bildirirəm.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts WUF13 çərçivəsində keçirilən SPECA Forumda (SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) deyib.

Bağlantıların qurulmasının şəhərlərin inkişafı ilə əlaqədar olduğunu bildirən Rafael Tuts əlavə edib: “Biz Şəhərlər Forumu ilə daha geniş regionlararası güclü sinerjinin mümkün olduğunu görürük. Şəhərlər Forumu yerli səviyyədə davamlı inkişaf məqsədlərinin sürətləndirilməsində çox vacibdir. Biz bütün forum iştirakçılarını, burada iştirak edən bütün merləri mümkün qədər tez könüllü yerli baxış həyata keçirməyə çağırırıq. Biz ölkələrin hər birində BMT-nin rezident əlaqələndiriciləri ilə sıx tərəfdaşlıq etməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu işdə sizinlə birlikdə çalışacağıq və böyük tərəfdaşlığı səbirsizliklə gözləyirik”.

Fotoqraf – Aydın Məmmədov
Operator – Ceyhun Mustafayev
Chosen
18
1
azertag.az

2Sources