EN

Prezidentimiz insanların uzun müddətdir gözlədiyi arzusunu reallaşdırdı Deputat

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu hadisə ölkəmizin və Prezidentin Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyi növbəti diqqət və qayğının nümunəsi kimi qiymətləndirilməlidir. Bu, çox vacib və yüksək əhəmiyyət daşıyan qərardır. Çünki Gürcüstanda yaşayan soydaşlarımız uzun müddətdir nəqliyyat məhdudiyyətləri səbəbindən ciddi çətinliklərlə üzləşirdilər. Yeni qərar onlara rahat şəkildə gəlib-getmək imkanı yaradacaq”.

Bunu deputat Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, əvvəlki dövrdə insanlar məcbur qalaraq təyyarə ilə səfər etməli olurdular:“Təsəvvür edin ki, sərhədə yaxın ərazilərdə yaşayan bir insan öz yaxınını ziyarət etmək üçün əvvəlcə Bakıya gəlməli, sonra isə oradan yenidən geri qayıtmalı idi. Bu isə həm maddi, həm də mənəvi baxımdan insanlar üçün əlavə çətinlik yaradırdı. Bakı-Tbilisi-Bakı qatar reysinin bərpası eyni zamanda Azərbaycan-Gürcüstan əlaqələrinin daha da möhkəmlənməsinə, ölkələr arasında turizm və iqtisadi münasibətlərin inkişafına ciddi töhfə verəcək. Burada yalnız iqtisadi amillər deyil, insan faktoru da xüsusi önəm daşıyır. Çünki bu addım Gürcüstanda yaşayan soydaşlarımızın həyat şəraitinə müsbət təsir göstərəcək və onların gündəlik həyatını xeyli asanlaşdıracaq. Bu, həqiqətən də çox təqdirəlayiq addımdır. İnsanlarımız uzun müddətdir bu qərarı gözləyirdilər və onların arzusu, istəyi Prezident tərəfindən reallaşdırıldı”.Qeyd edək ki, Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. Bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq. Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolu əsasında qəbul olunub. Protokola əsasən, yeni Bakı–Tbilisi–Qars dəmiryolu hissəsi tam istifadəyə veriləcək. Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
demokrat.az

1Sources