EN

Hakan Fidan NATO XİN rəhbərlərinin toplantısına qatılacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, Fidan 21-22 may tarixlərində İsveçin Helsinqborq şəhərində keçiriləcək NATO Xarici İşlər Nazirlərinin toplantında iştirak edəcək.

Qeyd olunub ki, toplantı zamanı Hakan Fidan Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayacaq, o cümlədən Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Türkiyənin davam edən diplomatik səylərini müzakirə edəcək.

Daşqın HəsənovMissiya.Az

Chosen
21
missiya.az

1Sources